ArazNews-in Səda və Sima agentliyinə istinadən verdiyi məlumata görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, son günlər və müharibə zamanı Tehran ilə Vaşinqton arasında heç bir danışıqlar baş tutmayıb.
O, bəzi ölkələr vasitəsilə İrana danışıqlar üçün müraciətlərin ötürüldüyünü qeyd edib və əlavə edib ki, bu müraciətlərə cavablar ölkənin prinsipial mövqeləri əsasında verilib.
Bəqai həmçinin xəbərdarlıq edib ki, İranın həyati və enerji infrastrukturlarına hər hansı hücum silahlı qüvvələrin “qəti, dərhal və effektiv” cavabı ilə qarşılanacaq.
O, sonda İranın Hörmüz boğazı və müharibənin başa çatması ilə bağlı mövqeyində dəyişiklik olmadığını vurğulayıb.