Sepah : İranın elektrik infrastrukturuna hücum olarsa, İsrail və ABŞ-la bağlı obyektlər hədəf alınacaq

2 saat əvvəl 1 dəq oxu
Sepah : İranın elektrik infrastrukturuna hücum olarsa, İsrail və ABŞ-la bağlı obyektlər hədəf alınacaq


ArazNews-in Tasnim-ə istinadən verdiyi məlumata görə, Sepah-ın ictimaiyyətlə əlaqələr bölməsi yaydığı bəyanatda bildirib ki, İranın elektrik sektoruna hücum ediləcəyi təqdirdə, cavab olaraq İsrailin elektrik stansiyaları və bölgədə ABŞ bazalarını enerji ilə təmin edən obyektlər hədəfə alınacaq.


Bəyanatda vurğulanıb ki, cavab eyni səviyyədə olacaq və “əgər elektrik infrastrukturu hədəf alınarsa, cavab da məhz həmin sahəyə yönələcək.”


Bu açıqlama Donald Trampın Hörmüz boğazının tam açılmaması halında İranın elektrik stansiyalarının hədəfə alınacağı barədə xəbərdarlığından sonra səsləndirilib.


Eyni zamanda, bəyanatda bölgədə su duzsuzlaşdırma obyektlərinin hədəfə alınması ilə bağlı iddialar təkzib olunub.