Tramp Tehrana xəbərdarlıq etdi: İran Qətərə hücum edərsə, Pars Cənubi geniş şəkildə vurulacaq
ABŞ prezidenti Vaşinqtonun Pars Cənubi hücumunda rolunu rədd edərək, İranın Qətərə hücum edəcəyi təqdirdə bu qaz yatağının geniş şəkildə hədəfə alınacağını bildirdi.
ArazNews-un məlumatına görə, Donald Tramp Truth Social platformasında paylaşım edərək bildirib ki, Pars Cənubi qaz yatağına hücum İsrail tərəfindən həyata keçirilib və ABŞ ilə Qətərin bu hücumda heç bir rolu olmayıb.
Tramp qeyd edib ki, Vaşinqton bu hücumdan əvvəlcədən xəbərdar olmayıb və eyni zamanda xəbərdarlıq edib ki, İran Qətərə qarşı hər hansı addım atarsa, ABŞ Əsəluye bölgəsində yerləşən Pars Cənubi qaz obyektlərini geniş şəkildə hədəfə alacaq.
O həmçinin iddia edib ki, İsrail yalnız bu yatağın məhdud bir hissəsini vurub və İranın Qətər və Səudiyyə Ərəbistanının enerji infrastrukturuna mümkün cavab hücumlarını “əsassız” adlandırıb.
Bu açıqlamalar regionda enerji obyektlərinə yönəlmiş hücumlar fonunda səsləndirilib və gərginliyin daha da artdığı müşahidə olunur.