İranın hücumlarından sonra Qətər İran səfirliyinin hərbi və təhlükəsizlik əməkdaşlarını “arzuolunmaz şəxslər” elan edərək onların dərhal ölkədən çıxarılması barədə qərar verdi.
ArazNews-un məlumatına görə, Qətərin Xarici İşlər Nazirliyi yaydığı bəyanatda bildirdi ki, İran səfirliyinin hərbi və təhlükəsizlik əməkdaşları, eləcə də bu bölmələrin digər işçiləri 24 saat ərzində ölkəni tərk etməlidir. Bəyanatda qeyd olundu ki, bu şəxslər “arzuolunmaz” elan edilib və qərar rəsmi şəkildə İran səfirliyinə çatdırılıb.
Qətər İranın son hücumlarını “açıq təcavüz” və beynəlxalq hüquqa zidd addım kimi qiymətləndirərək, bunun ölkənin suverenliyi və təhlükəsizliyinə qarşı pozuntu olduğunu vurğuladı. Xarici İşlər Nazirliyi həmçinin xəbərdarlıq etdi ki, bu proses davam edərsə, Qətər özünü müdafiə etmək üçün əlavə addımlar atmaq hüququnu özündə saxlayır.