Zelenski: Ukrayna qrupları Körfəzdə dronlara qarşı fəaliyyətə başladı

1 saat əvvəl 1 dəq oxu
Zelenski: Ukrayna qrupları Körfəzdə dronlara qarşı fəaliyyətə başladı


Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, İranın “Şahed” tipli dron təhdidinə qarşı mübarizə üçün ukraynalı mütəxəssislərdən ibarət qruplar bir neçə Körfəz ölkəsinə göndərilib və fəaliyyətə başlayıb.


ArazNews-un AFP-yə istinadən verdiyi məlumata görə, Zelenski jurnalistlərə açıqlamasında deyib: “Bizdən üç komanda göndərilib; güclü komandalar – ekspertlər, hərbçilər, mühəndislər və ixtisaslaşmış mütəxəssislərdən ibarət qruplar. Bu gün hərbçilərimiz əlaqə qurur və işə başlayırlar.”


Ukrayna prezidentinin sözlərinə görə, bu qruplar İranla əlaqəli dron hücumlarına məruz qalan ölkələrə kömək etmək üçün yerləşdirilib.


Zelenskinin sözçüsü ayrıca təsdiqləyib ki, sözügedən üç ölkə Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanıdır.