İsrailin mədəniyyət naziri: Müharibə İranın əlində yalnız “Kalaşnikov” qalanda bitəcək
İsrailin mədəniyyət naziri və Likud partiyasının üzvü Miki Zohar “Kan” telekanalına müsahibəsində İranla müharibənin nə vaxt başa çatacağını qiymətləndirməyin çətin olduğunu bildirib. Onun sözlərinə görə, “müharibə yalnız İranın silahlı qüvvələrinin əlində qalan yeganə silah Kalaşnikov olduqda sona çatacaq”.
ArazNews-un İsrail mediasına istinadən verdiyi məlumata görə, Zohar İsrailin İranın digər silah və hərbi imkanlarını da aradan qaldırmaq gücündə olduğunu iddia edib. O həmçinin bildirib ki, İran rejimi “qeyri-rəsmi şəkildə çöküb” və “ölkəni idarə etmək qabiliyyətini itirib”.
İsrailli nazir əlavə edib ki, onun sözlərinə görə “diktatorun yerinə keçən” Müctəba Xamenei İsrail üçün “qəti aradan qaldırılmalı hədəf” sayılır. O həmçinin iddia edib ki, hazırkı hərbi əməliyyatların başlanğıcında Xamenei “demək olar ki, aradan qaldırılmışdı”. Bu arada İranın rəsmi mediası hələ də yeni liderin yeni görüntü və ya videosunu yayımlamayıb və bəzi məlumatlarda onun “Beyt rəhbərliyi”nə edilən ilk hücumlarda yaralanmış ola biləcəyi qeyd olunur.