Tramp: İran müharibəsindən sonra növbə Kubaya çata bilər

5 saat əvvəl 1 dəq oxu
Tramp: İran müharibəsindən sonra növbə Kubaya çata bilər


ABŞ prezidenti Donald Tramp bildirib ki, İranla müharibə başa çatdıqdan sonra ABŞ administrasiyası diqqətini Kubaya yönəldə bilər və bu məsələni “sadəcə zaman məsələsi” kimi qiymətləndirib.


ArazNews-un Reuters agentliyinə istinadən verdiyi məlumata görə, Tramp bu fikirləri Ağ Evdə “Inter Miami” futbol komandası üçün keçirilən mərasim zamanı səsləndirib. O deyib ki, ABŞ hökuməti əvvəlcə “bu dosyeni”, yəni İranla müharibəni başa çatdırmaq istəyir, lakin bundan sonra Kubadakı vəziyyət də gündəmə gələ bilər. Tramp bildirib ki, həmin ölkənin vəziyyətini dəyişmək üçün müəyyən addımlar atılması mümkündür.


Tramp davam edən müharibə barədə danışarkən qeyd edib ki, ABŞ və İsrail orduları hazırda “düşməni tamamilə məhv etmək” prosesini davam etdirir. O həmçinin ABŞ dövlət katibi Marko Rubionu tərifləyərək deyib ki, Rubio Kuba məsələsində “çox yaxşı iş görüb”.