Araqçi: ABŞ-ın quru hücumunu gözləyirik

1 saat əvvəl 1 dəq oxu
 Araqçi: ABŞ-ın quru hücumunu gözləyirik


İran İslam Respublikasının xarici işlər naziri Abbas Araqçi NBC telekanalına verdiyi müsahibədə ABŞ-ın İrana quru hücumu ehtimalı barədə sualı cavablandırıb və belə bir ssenaridən qorxmadıqlarını bildirib.


Müsahibə zamanı jurnalist ondan ABŞ tərəfindən mümkün işğal ehtimalından qorxub-qorxmadıqlarını soruşub. Araqçi isə cavabında deyib: “Xeyr, biz onları gözləyirik.”


Jurnalist onun ABŞ ordusunun quru qoşunlarının İrana daxil olmasını nəzərdə tutub-tutmadığını yenidən soruşduqda, Araqçi “Bəli” cavabını verib.