CNN: CIA kürd qüvvələrini silahlandırmaq planı üzərində işləyir

4 saat əvvəl 1 dəq oxu
 CNN: CIA kürd qüvvələrini silahlandırmaq planı üzərində işləyir


ArazNews: Məlumatlı mənbələr CNN-ə bildiriblər ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) Tehran rejimini devirmək məqsədilə kürd qruplarının geniş şəkildə silahlandırılması ilə bağlı layihə üzərində işləyir.

Məlumata görə, Donald Tramp administrasiyası bu qrupların liderləri, o cümlədən Mustafa Hicri ilə birbaşa danışıqlar apararaq onları İran əleyhinə mümkün əməliyyatlarda əsas quru qüvvəsi kimi istifadə etməyi nəzərdən keçirir.


Bəzi Vaşinqton rəsmiləri İranın şimal və qərb bölgələrində ərazilərin ələ keçirilməsi və saxlanılması planını da müzakirə edir. Bu planın məqsədinin İsrailin təhlükəsizliyini təmin etmək və ABŞ-ın dəstəklədiyi qüvvələr üçün əməliyyat bazası yaratmaq üçün “bufer zona” qurmaq olduğu bildirilir.


Mənbələrə görə, CIA-nın strategiyası bu qrupları silahlandıraraq SEPAH qüvvələrini sərhəd bölgələrində məşğul saxlamaq və bununla da böyük şəhərlərdə silahsız əhalinin ayağa qalxması üçün şərait yaratmaqdır.


Planın həyata keçirilməsi üçün İraqın şimalındakı kürd muxtariyyətinin ərazisinin silahların tranziti və əməliyyatların başlanğıc nöqtəsi kimi istifadə olunacağı qeyd edilir. Analitiklər bildirir ki, belə bir ssenari Türkiyənin milli təhlükəsizlik maraqları ilə də birbaşa ziddiyyət yarada bilər.