Əl-Ərəbiyyə: Netanyahu silahlı kürd qrupları üzərindən rejimin devrilməsinə ümid edir

2 saat əvvəl 1 dəq oxu
 Əl-Ərəbiyyə: Netanyahu silahlı kürd qrupları üzərindən rejimin devrilməsinə ümid edir


Şimali İraqda yerləşən silahlı kürd qruplaşmasına məxsus düşərgənin İran rejiminə aid pilotsuz uçuş aparatları ilə hədəf alınması fonunda, İsrailin bu qruplara yönəlik planları ilə bağlı yeni detallar yayılıb. ArazNews-un Əl-Ərəbiyyəyə istinadən verdiyi məlumata görə, hücum İran Kürdüstan Demokrat Partiyasına bağlı düşərgəyə üç kamikadze PUA ilə həyata keçirilib.


Hesabatda, həmçinin Axios-un yaydığı məlumatlara istinadla bildirilir ki, Benyamin Netanyahu Donald Trampa İran rejiminin devrilməsi üçün silahlı müxalif kürd qruplarından istifadə etməyi təklif edib. Mənbələrin sözlərinə görə, Tramp ötən bazar günü İraqdakı kürd siyasi liderləri ilə telefon danışığı apararaq ABŞ və İsrailin İrana qarşı müharibəsi və mümkün növbəti mərhələləri müzakirə edib.


İki mənbə Trampın Məsud Bərzani və Bafel Talabani ilə danışdığını, bu təmasın fevralın 28-də İranla müharibənin başlanmasından bir gün sonra baş tutduğunu bildirib. Digər mənbə isə qeyd edib ki, bu zənglər Netanyahunun aylardır apardığı pərdəarxası təzyiq və diplomatik səylərin nəticəsi olub.