Bu gün günorta saatlarında Urmiyada baş verən ardıcıl hücumlar nəticəsində şəhərin azı yeddi nöqtəsi hədəf alınıb. Yerli mənbələrin bildirdiyinə görə, partlayışların şiddəti bir çox yaşayış evlərində hiss olunub.
Məlumata əsasən, Kəşfiyyat İdarəsi ilə əlaqəli binalar, “Sepah-e Şəhəda”, Sepah Urmiya və Sərhəd Qoşunlarına aid obyektlər hədəflər sırasında göstərilir. Həmçinin Ümumi Məhkəmə və İnqilab Məhkəməsinin binalarına da zərər dəydiyi və ciddi dağıntıların yarandığı bildirilir.
Şəhər sakinləri təyyarələrin fasiləsiz uçuşu və partlayış səslərinin davam etdiyini qeyd edir. Urmiyanın Vəlfəcr küçəsinin bağlandığı və şəhərin bəzi hissələrini qalın tüstünün bürüdüyü xəbər verilir.