İsrailin Müdafiə Naziri: İrana hücumlar "lazım olan vaxta qədər" davam edəcək

1 saat əvvəl 1 dəq oxu
İsrailin Müdafiə Naziri: İrana hücumlar "lazım olan vaxta qədər" davam edəcək


İsrailin Müdafiə Naziri İsrail Kats, İrana qarşı hərbi hücumların "müəyyən edilmiş hədəflər gerçəkləşənə qədər" davam edəcəyini və bu hədəflərə çatmadan dayanmayacağını elan edib.

Araz News-un "The Times of Israel" qəzetinə istinadən verdiyi məlumata görə; bu açıqlamalar İsrail Ordusunun Baş Qərargah rəisi, yüksək rütbəli hərbi və təhlükəsizlik rəsmilərinin iştirakı ilə keçirilən qiymətləndirmə iclası zamanı səsləndirilib. Kats bu iclasda Əli Xamneyinin öldürülməsini "dönüş nöqtəsi" kimi xarakterizə edib.

O, həmçinin bu əməliyyatın elə bir nəticəyə gətirib çıxaracağına ümid etdiyini bildirib ki, onun sözlərinə görə: "İran xalqı həm özləri, həm biz, həm də bütün dünya üçün bu rejimi kənarlaşdıra bilsin".