İran İslam İnqilabı Keşikçiləri Korpusu “Vədəsadiq 4” adlandırdığı əməliyyatın altıncı dalğasının İsrail və bölgədəki ABŞ bazalarına qarşı genişmiqyaslı raket və PUA hücumları ilə icra edildiyini açıqladı.
Araz News-un məlumatına görə, SEPAH-a yaxın media orqanları ABŞ-ın bölgədəki 27 hərbi nöqtəsinin, eləcə də Tel-Nof hava bazası, Hakaraiyada yerləşən İsrail ordusunun qərargahı və Təl-Əvivdə böyük müdafiə sənayesi kompleksinin hədəfə alındığını bildirib.
Sepah açıqlamasında İsraildə və ABŞ bazalarında “hava hücumu siqnallarının dayandırılmasına icazə verilməyəcəyi” vurğulanıb və hücumların davam edəcəyi bildirilib.