Azərbaycanlı fəalların həbs dalğasının davamı olaraq, Azərbaycan Milli Hərəkatının fəalları Arəş Kəhbur və Cəlal Kudərilu Qoşaçay (Miandoab) şəhərində İslam Respublikasının təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldılar.
"Araz News"a daxil olan məlumatlara görə, Arəş Kəhbur şənbə günü axşam saatlarında təhlükəsizlik məmurları tərəfindən tutuldu. Bundan sonra güc strukturları onun ata evinə və şəxsi mənzilinə gedərək orada axtarış apardılar; fəalın kompyuteri və mobil telefonu müsadirə edildi. Bu fəal bundan əvvəl də dəfələrlə təhlükəsizlik qurumları tərəfindən çağırılaraq dindirilmişdi.
Həmçinin,15 fevral 2026 tarixində səhər saatlarında Azərbaycan Milli Hərəkatının tanınmış fəalı və təqaüddə olan müəllim Cəlal Kudərilu, təhlükəsizlik məmurlarının onun şəxsi mənzilinə hücumu nəticəsində saxlanılaraq naməlum yerə aparıldı. Bu xəbərin hazırlandığı ana qədər onun harada saxlanıldığı və vəziyyəti barədə heç bir məlumat yoxdur.