Tramp: İran Vaşinqtonla nüvə və raket proqramı barədə razılığa gəlmək istəyir; razılaşmasa "axmaqlıq" etmiş olar

2 saat əvvəl 1 dəq oxu
Tramp: İran Vaşinqtonla nüvə və raket proqramı barədə razılığa gəlmək istəyir; razılaşmasa "axmaqlıq" etmiş olar


ABŞ Prezidenti İranla danışıqlara toxunaraq bildirib ki, Tehran razılaşma istəyir, lakin danışıqlar uğursuz olarsa, "sərt tədbirlərlə" üzləşəcək.

Araz News-un "Al Arabiya" telekanalına istinadən verdiyi məlumata görə, Donald Tramp "Fox Business" kanalına müsahibəsində İslam Respublikasının nüvə və raket proqramı ilə bağlı Vaşinqtonla razılığa gəlməkdə maraqlı olduğunu bildirib və əlavə edib ki, əgər razılaşma əldə olunmasa, bu, "axmaqlıq olardı".

Tramp bölgəyə böyük bir donanmanın göndərilməsinə işarə edərək deyib ki, istənilən razılaşma İranın nüvə silahı və raket proqramının tamamilə dayandırılmasını əhatə etməlidir. O iddia edib ki, ABŞ keçmişdə İranın nüvə potensialını məhv edib və zərurət yaranarsa, daha çox hədəfi vura bilər.

ABŞ Prezidenti daha əvvəl Yaxın Şərqə daha bir aviadaşıyıcı gəmi göndərməyi nəzərdən keçirdiyini bəyan etmiş və xəbərdarlıq etmişdi ki, danışıqlar uğursuzluğa düçar olarsa, Vaşinqton "çox sərt tədbirlər" görməyə məcbur olacaq.