çərşənbə axşamı, 24 noyabr 2026
Bölgə

Bağdaddan Kürdüstan bölgəsinə təzyiq: bölgənin nefti və sərhəd keçid məntəqələri mərkəzi hökumətin nəzarətinə keçir

Bağdaddan Kürdüstan bölgəsinə təzyiq: bölgənin nefti və sərhəd keçid məntəqələri mərkəzi hökumətin nəzarətinə keçir

İraq hökuməti İraq Kürdüstanı bölgəsindən neft və neft məhsullarının ixracını qadağan edib. İxraca yalnız federal Neft Nazirliyi vasitəsilə icazə veriləcək. Bağdad həmçinin bu bölgənin bütün sərhəd keçid məntəqələrinin İraqın Sərhəd Keçid Məntəqələri İdarəsinə təhvil verilməsi barədə göstəriş verib.

İraq Daxili İşlər Nazirliyinə Diyala, Kərkük, Salahəddin və Nineva vilayətlərindəki bütün neft yataqlarını nəzarətə götürmək tapşırılıb. Bu yataqlar həmin dörd vilayətin inzibati ərazisində yerləşsə də, təhlükəsizlik baxımından Kürdüstan bölgəsinin nəzarətində olub.

İraq hökumətinin göstərişinə əsasən, ölkənin silahlı qüvvələri Kürdüstan bölgəsinin bütün qeyri-rəsmi keçid məntəqələrini bağlamalıdır. İraq ordusuna həmçinin bu bölgə ilə adı çəkilən dörd vilayət arasındakı bütün qeyri-rəsmi yolları bağlamaq tapşırılıb.

Bu xəbəri paylaşın