Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın yeni Konstitusiyasının layihəsini müsbət qarşılayıb. Onun sözlərinə görə, Nikol Paşinyanın yaydığı mətndə Azərbaycana qarşı ərazi iddiası yoxdur. Bayramov bu fikirləri bazar ertəsi Bakıda İtaliyanın xarici işlər naziri Antonio Tayani ilə birgə mətbuat konfransında səsləndirib.
O xatırladıb ki, iki ölkə arasında sülh sazişi 2025-ci il avqustun 8-də Vaşinqton görüşündə paraflanıb. Bayramovun sözlərinə görə, Azərbaycan bu sənədi yalnız bir şərtlə imzalayacaq: Ermənistan Konstitusiyasından ərazi iddiaları çıxarılmalıdır.
Azərbaycanın xarici işlər naziri Konstitusiyaya dəyişiklik prosesinin nə vaxt başa çatacağının Ermənistan rəhbərliyindən və cəmiyyətindən asılı olduğunu bildirib. O vurğulayıb ki, bu məsələ həll olunduqdan sonra sülh sazişinin imzalanması qarşısında başqa maneə qalmayacaq.