ArazNews
Ana Səhifə / Bölgə / Tehrandan qonşulara təhdid: ABŞ ilə əməkdaşlıq etsəniz, hava limanlarınızdan uçuş olmayacaq
Bölgə

Tehrandan qonşulara təhdid: ABŞ ilə əməkdaşlıq etsəniz, hava limanlarınızdan uçuş olmayacaq

Tehrandan qonşulara təhdid: ABŞ ilə əməkdaşlıq etsəniz, hava limanlarınızdan uçuş olmayacaq

İran rejiminin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai televiziya müsahibəsində qonşu ölkələri təhdid edərək bildirib ki, əgər onlar İran şirkətlərinin uçuşlarını qadağan edib ABŞ ilə əməkdaşlıq etsələr, «hava limanlarınızdan uçuş olmayacaq». O əlavə edib: «Əgər ABŞ-ın yanında olsanız, biz sizə seyrçi qalmayacağıq».

Bu təhdid Azərbaycan Respublikasının ABŞ-ın İran rejiminin aviasiya sektoruna qarşı tətbiq etdiyi yeni sanksiyalar səbəbindən bu rejimin aviaşirkətlərinin uçuşlarını dayandırmasından sonra səslənib. Türkiyə də "Mahan Air" şirkətinin İran ilə İstanbul və Ankara arasındakı uçuşlarını dayandırıb.

Möhsün Rzainin təhdidi Türkiyə və Azərbaycan Respublikasının son günlər ABŞ Maliyyə Nazirliyinin ikinci dərəcəli sanksiyalarından sonra öz hava limanlarında İran aviaşirkətlərinin uçuş və fəaliyyətinə məhdudiyyətlər tətbiq etdiyi bir vaxtda səslənir. Rzainin «hava limanlarınızdan uçuş olmayacaq» ifadəsi Türkiyə və Azərbaycan Respublikasının hava limanlarının hədəfə alınmasına dair üstüörtülü təhdid kimi qiymətləndirilir.