Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bildirib ki, Bəşər Əsəd dövründə Suriyada tikilmiş nüvə reaktoru nüvə silahının hazırlanmasında birbaşa istifadə oluna biləcək parçalanan maddələrin istehsalı üçün konfiqurasiya edilmişdi.
Qrossi Vyanada bildirib ki, bu reaktorun silah təyinatlı parçalanan maddələrin istehsalı üçün yüksək gücə malik olub, lakin aşkar edilən maddələr artıq Agentliyin nəzarəti altına götürülüb.
O əlavə edib ki, Agentliyin müfəttişləri avqust ayında baş tutan səfər zamanı gizlədilmiş nüvə materiallarına çatmaq üçün divarları dağıtmalı və çox dar keçidlərdən keçmək məcburiyyətində qalıblar.
Şimali Koreyanın köməyi ilə Deyr əz-Zorda tikildiyi bildirilən bu reaktor 2007-ci ildə İsrailin hava zərbəsi nəticəsində məhv edilib.