"Keyhan" qəzeti Kargozaran-e Sazandegi Partiyasının baş katibi Hüseyn Merraşinin Çinin İslam Respublikası ilə əməkdaşlığın davam etməsi üçün dörd şərt qoyduğuna dair iddiasını "yalan" adlandıraraq onu sərt tənqid atəşinə tutub.
Merraşi bu yaxınlarda bildirmişdi ki, Pekin əməkdaşlığın davamını və İranın xüsusi nümayəndəsinin Çinə səfərini Hörmüz boğazının yenidən açılmasına, rüsumların alınmamasına, Səudiyyə Ərəbistanı ilə ixtilafların sona çatmasına və ABŞ ilə gərginliyin azaldılmasına şərtləndirib.
"Keyhan" buna cavab olaraq bu iddianı təkzib edib və Merraşini belə iddialar irəli sürməklə Tehran-Pekin münasibətlərinə zərər vurmaqda ittiham edib.