ArazNews
Ana Səhifə / İran / İranın iflic vəziyyətindəki iqtisadiyyatında dollar və qızıl anlıq sıçrayış edib: dollar 220 min tümeni keçdi
İran

İranın iflic vəziyyətindəki iqtisadiyyatında dollar və qızıl anlıq sıçrayış edib: dollar 220 min tümeni keçdi

İranın iflic vəziyyətindəki iqtisadiyyatında dollar və qızıl anlıq sıçrayış edib: dollar 220 min tümeni keçdi

Valyuta və qızıl bazarı bu gün yenidən yüksəliş göstərib; dollarin qiyməti təxminən 7 min tümen artaraq 220 min tümenə çatıb, hər qram 18 əyarlı qızıl isə təxminən 400 min tümen bahalaşaraq 22 milyon 550 min tümen ətrafında satılıb.

"İmami" sikkəsi də təxminən 4 milyon tümen sıçrayaraq 225 milyon 500 min tümenə çatıb, "Bəharə-Azadi" sikkəsi isə 222 milyon tümen ətrafında alqı-satqı olunub.

Siyasi və hərbi gərginliyin artması, eyni zamanda İran rejiminin iqtisadi perspektivinə inamsızlıq bir daha kapitalları dollar və qızıla yönəldib; bu proses birbaşa əhalinin alıcılıq qabiliyyətinin daha da azalması və məişət böhranının dərinləşməsi deməkdir.