ArazNews
Ana Səhifə / İran / Tankertrackers: Xark adasında bir superneftdaşıyan 2 milyon barrel neft yükləyib
İran

Tankertrackers: Xark adasında bir superneftdaşıyan 2 milyon barrel neft yükləyib

Tankertrackers: Xark adasında bir superneftdaşıyan 2 milyon barrel neft yükləyib

İran Milli Neft Şirkətinə məxsus bir superneftdaşıyanın Xark adasında 2 milyon barrel xam neft yüklədiyi müşahidə olunub. Bu, iyulun sonundan bəri qeydə alınan ilk bu cür haldır. Bu barədə neftdaşıyanları izləyən Tankertrackers şirkəti məlumat yayıb.

Neft bazarı üzrə ekspert Mehdi Musləhi yükləmə ilə real neft ixracı arasında fərq qoyaraq bildirib ki, bu tankerin varlığı tək başına ixracın yenidən başlaması demək deyil. Onun sözlərinə görə, bu gəmi ehtimal ki, ehtiyat saxlamaq üçün istifadə olunur, çünki dəniz mühasirəsi davam etdiyi müddətdə neftdaşıyanların körfəzdən çıxması ciddi maneələrlə üzləşməkdə davam edəcək.