ArazNews
Ana Səhifə / İran / İran, Trampla Hörmüz boğazı ilə bağlı sazişə varılması iddialarını təkzib edib
İran

İran, Trampla Hörmüz boğazı ilə bağlı sazişə varılması iddialarını təkzib edib

İran, Trampla Hörmüz boğazı ilə bağlı sazişə varılması iddialarını təkzib edib

İslam Respublikası Donald Trampdan hücumların dayandırılmasını istədiyi və Hörmüz boğazı üzrə sazişə varıldığı barədə xəbərləri yalan xəbər kimi qiymətləndirib.

İranın rejimə yaxın media orqanları Tehranın Vaşinqtondan hücumların dayandırılmasını istədiyi və Hörmüz boğazına nəzarətin bölüşdürülməsi barədə sazişə varıldığına dair xəbərləri təkzib edib.

Bu xəbər Trampın İslam Respublikası ilə sazişin yaxın olduğunu bildirdiyi bir vaxtda yayılıb.

Eyni zamanda, İslam Respublikasının hərbi məsulları silahlı qüvvələrin hələ də hazırlıq vəziyyətində olduğunu açıqlayıblar.

Səudiyyə Ərəbistanı da gərginliklərin artmasının qarşısını almaq üçün Vaşinqtonla danışıqlar apardığını təsdiqləyib.