ArazNews
Ana Səhifə / Dünya / İran İslam Respublikası ilə əlaqəli hakerlərin izi ABŞ-ın su şəbəkəsinə hücumda tapıldı
Dünya

İran İslam Respublikası ilə əlaqəli hakerlərin izi ABŞ-ın su şəbəkəsinə hücumda tapıldı

İran İslam Respublikası ilə əlaqəli hakerlərin izi ABŞ-ın su şəbəkəsinə hücumda tapıldı

Nyu-York Tayms qəzeti bildirib ki, ABŞ-ın su təchizatı sistemlərinə qarşı son kibertaarruzların əhatə dairəsi ən azı yeddi əyalətə yayılıb və müstəntiqlər İran İslam Respublikası ilə əlaqəli hakerləri bu hücumların əsas şübhəlisi hesab edirlər.

Nyu-York Tayms qəzetinə istinadən bildirilir ki, son kibertaarruzlar Miçiqan və Minnesota da daxil olmaqla bir sıra əyalətlərin su təchizatı şəbəkələrini hədəf alıb və bəzi bölgələrdə obyektlər fəaliyyətlərini əl ilə davam etdirməyə məcbur olublar. Bununla belə, indiyədək içməli suyun çirklənməsi və ya ictimai sağlamlığa təhdid barədə heç bir məlumat yayılmayıb.

Nyu-York Tayms ABŞ rəsmilərinə, əyalət səlahiyyətlilərinə və məlumatlı mənbələrə istinadən yazıb ki, bu hücumların modeli İran İslam Respublikası ilə əlaqəli haker qruplarının fəaliyyəti ilə üst-üstə düşür. Bununla yanaşı, ABŞ Federal Təhqiqat Bürosu və Ətraf Mühitin Mühafizəsi Agentliyi bildiriblər ki, araşdırmalar davam edir və indiyədək İran İslam Respublikasının məsuliyyəti qəti şəkildə sübuta yetirilməyib.