İslam Respublikası ilə ABŞ/İsrail arasındakı müharibənin genişlənmə meyli göstərdiyi bir vaxtda, İran-daxili "Həmşəhri" qəzeti mübahisəli bir yazıda təhlükəli bir təklif irəli sürərək bildirib ki, İsrailə təzyiqi artırmaq üçün təkcə Hörmüz boğazının bağlanması kifayət deyil və Xəzər dənizi regionunu, habelə Azərbaycan Respublikasının neft ötürmə marşrutunu təhlükəli etməklə Tel-Əvivə daha çox təzyiq göstərilməlidir. Yəni bu, əslində Azərbaycan Respublikasına hərbi hücum təklifinin irəli sürülməsi deməkdir.
Bu təklif, əgər həyata keçirilərsə, müharibənin dairəsini Fars körfəzindən Qafqaza və Xəzər dənizinə qədər genişləndirə və regionun yeni oyunçularını da böhrana cəlb edə bilər. Eyni zamanda İran ilə Azərbaycan Respublikası arasında gərginliyin artması bütün region üçün geniş miqyaslı təhlükəsizlik və iqtisadi nəticələr doğura bilər.
Digər tərəfdən, böhranın İranın daxilinə yayılması da mümkündür, çünki bu, daxili həssaslıqları da artıra və ölkə daxilində yeni gərginliklərə zəmin yarada bilər. Məhz buna görə də təhlilçilər hesab edirlər ki, bu cür təkliflər təzyiqləri azaltmaq əvəzinə, regionda daha geniş miqyaslı bir böhranın alovunu şölələndirə bilər.