ArazNews
Ana Səhifə / Dünya / BƏƏ Trampın Həmasın silahsızlaşdırılması planını dəstəklədi
Dünya

BƏƏ Trampın Həmasın silahsızlaşdırılması planını dəstəklədi

BƏƏ Trampın Həmasın silahsızlaşdırılması planını dəstəklədi

Birləşmiş Ərəb Əmirlikləri Donald Trampın Qəzza zolağında Həmas və digər silahlı qrupların silahsızlaşdırılması ilə bağlı razılaşmaya nail olunması barədə açıqlamasını alqışlayıb və bunu müharibənin sona çatdırılması istiqamətində mühüm addım kimi qiymətləndirib.

BƏƏ-nin rəsmi xəbər agentliyinə istinadən, ölkənin Xarici İşlər Nazirliyi yaydığı bəyanatda bildirib ki, Donald Trampın elan etdiyi razılaşma toqquşmaların sona çatdırılması, təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi, həmçinin Qəzzada yeni siyasi prosesin başlanması üçün zəmin yarada bilər. Əbu-Dabi eyni zamanda gərginliyin azaldılması və sülhün əldə olunması istiqamətində diplomatik səylərə dəstəyini vurğulayıb.

Donald Tramp cümə günü açıqlayıb ki, "sülh heyəti" Qəzzada Həmas və digər silahlı qrupların silahsızlaşdırılması ilə bağlı razılaşmaya nail olub. O, bu razılaşmanı öz 20 maddəlik planında "mühüm dönüş nöqtəsi" adlandırıb və bildirib ki, onun icrası mərhələli şəkildə və müəyyən bir çərçivə əsasında həyata keçiriləcək. Bununla belə, planın tam təfərrüatları hələ rəsmi şəkildə açıqlanmayıb.