CBS News telekanalı bir neçə mənbəyə istinadən bildirib ki, ABŞ və İsrail İranın enerji infrastrukturuna qarşı ən ağır bombardman kampaniyalarından birinə hazırlaşır. Mənbələrin sözlərinə görə, hücumlar həftəsonu tətil günlərində baş verə bilər, lakin Donald Tramp hələ yekun əmri verməyib.
İki mənbə bildirib ki, elektrik stansiyaları və neft emalı zavodları hədəflər siyahısında yer alır. Tramp Kemp-Devidde keçirilən kabinet iclasında deyib: "Biz onları çox sərt şəkildə hədəfə alacağıq." O, danışıqların bərpası ilə bağlı da bildirib ki, yalnız qələbəyə nail olmaq istəyir.
Pentaqonun baş katibi Şon Parnell açıqlayıb ki, Müharibə Nazirliyi prezidentin əmrlərini dərhal icra etməyə hazırdır. Cümə günü ABŞ hökumətinin ən yüksək səviyyələrində Tehranda ölkə üzrə geniş miqyaslı elektrik kəsintisi məsələsi də müzakirə olunub.