Kərkük rəsmi olaraq «Türk Dünyası Bələdiyyələr Birliyi»nə üzv oldu. Ədalət və İnkişaf Partiyasının sədri müavini və türk dövlətləri ilə əlaqələr üzrə məsul şəxs Kürşad Zorlu bildirib ki, Kərkükün üzvlüyü bu gün birliyin Qaraman şəhərində keçirilən iclasında rəsmiləşdirilib.
Zorlu Kərkükü «türkmənlərin yurdu» kimi xarakterizə edərək deyib ki, bu şəhərin birliiyə qoşulması, siyasi səbəblərlə həmin qurumdan çıxmış Türkiyə bələdiyyələrinə açıq bir mesajdır. O əlavə edib ki, Türk Dünyası Bələdiyyələr Birliyi müxtəlif maneələrə baxmayaraq, keçən illər ərzində fəaliyyətini davam etdirib.
Zorlu'nun sözlərinə görə, Kərkükün üzvlüyü bu şəhərin türk dövlətlərinin bələdiyyələri ilə əməkdaşlığının genişləndirilməsi üçün zəmin yaradacaq. O həmçinin Ovaköy sərhəd keçidindən Türkiyəyə və Avropaya uzanan «İnkişaf Yolu» layihəsini, eləcə də Türkiyə neft şirkətinin Kərkük istehsal sahələrindəki iştirakını Türkiyə-İraq iqtisadi münasibətləri baxımından mühüm hesab edib.