ArazNews
Ana Səhifə / İran / Hörmüz boğazında yeni gərginlik: İslam Respublikası Keşikçi Dəstəsi iki neft tankerinə hücumu etiraf etdi
İran

Hörmüz boğazında yeni gərginlik: İslam Respublikası Keşikçi Dəstəsi iki neft tankerinə hücumu etiraf etdi

Hörmüz boğazında yeni gərginlik: İslam Respublikası Keşikçi Dəstəsi iki neft tankerinə hücumu etiraf etdi

İslam Respublikasının Keşikçi Dəstəsi bu gün sübh saatlarında Hörmüz boğazında iki neft tankerini hədəf alaraq dayandırdığını açıqladı. Bildiriyə görə, daha dörd neft tankeri isə xəbərdarlıqdan sonra öz marşrutunu dəyişərək geri qayıtdı.

Keşikçi Dəstəsi həmin tankerlərin ABŞ ordusunun hava müşayiəti ilə, xəbərdarlıqlara məhəl qoymadan elan edilməmiş marşrutla hərəkət etdiyini iddia etdi. Həmin qüvvə bir gəcə əvvəl də gəmiçilik şirkətlərinin və sığorta qurumlarının sahiblərinə ABŞ Mərkəzi Komandanlığının (SENTKOM) açıqlamalarına diqqət yetirmələrini tövsiyə etmişdi.

Keşikçi Dəstəsi bəyanatın sonunda xəbərdarlıq edərək bildirdi ki, ABŞ-ın regiondakı gəmilərin tranzitinə müdaxiləsi cavabsız qalmayacaq.