ArazNews
Ana Səhifə / Dünya / Rusiya Telegram-ın yaradıcısı üçün beynəlxalq həbs orderi verib
Dünya

Rusiya Telegram-ın yaradıcısı üçün beynəlxalq həbs orderi verib

Rusiya Telegram-ın yaradıcısı üçün beynəlxalq həbs orderi verib

Rusiya çərşənbə axşamı günü Telegram-ın yaradıcısı və baş icraçı direktoru Pavel Durov barəsində «terror əməliyyatlarında iştirakçılıq» ittihamı ilə beynəlxalq axtarış və həbs ordeninin verildiyini açıqlayıb.

Fransa və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlığı olan, illərdir Rusiya xaricində yaşayan Durov bu ittihamları rədd edərək belə bir işin siyasi motivli olduğunu bildirib.

Rusiya Federal Təhlükəsizlik Xidməti yayımladığı bəyanatda Telegram mesajlaşma şəbəkəsinin qurucusu Pavel Durov barəsində «beynəlxalq axtarış elanı»nın verildiyini açıqlayıb.

Moskva, əslen rus olan Durovu Ukrayna kəşfiyyat strukturlarının və «ekstremist təşkilatlar»ın istifadə etdiyi kanal, qrup (çat) və botların silinməsindən imtina etməkdə ittiham edir; Rusiyanın iddiasına görə, həmin resurslar «mülki şəxslərə qarşı ölümcül hücumlarda» rol oynayıb.