İslam Respublikasının Xarici İşlər Nazirliyi bəyanat yayaraq ABŞ və Səudiyyə Ərəbistanının İraqdakı Tehranın müvəkkili qrupların mövqelərinə qarşı birgə hücumlarını «təcavüzkarlıq» adlandıraraq qəti şəkildə pislədi.
Bəyanatda iddia edilir ki, hücumlar zamanı İraqın rəsmi quruluşlarına məxsus obyektlər, habelə Ərbəin ziyarətçilərinə xidmət göstərən karvanlar və xidmət məntəqələri hədəf alınıb. İslam Respublikasının Xarici İşlər Nazirliyi bu əməliyyatı İraqın suverenliyinin və ərazi bütövlüyünün pozulması kimi dəyərləndirib.
ABŞ və Səudiyyə Ərəbistanının hücumları, İslamı Respublikaya bağlı İraqdakı silahlı qrupların Səudiyyə Ərəbistanındakı neft qurğularına və digər hədəflərə qarşı pilotsuz uçuş aparatı hücumlarında ittiham edilməsinin ardından həyata keçirilib. Əməliyyat çərçivəsində Həşdi-Şəbi bazalarının bir hissəsi və Tehranın digər müvəkkili qrupları hədəf alınıb.
Vaşinqton və Riyad bu hücumların Səudiyyə Ərəbistanı ərazisinə qarşı dron əməliyyatlarına birbaşa cavab olduğunu açıqlayıb və İslam Respublikasına bağlı qruplar tərəfindən hər hansı yeni hücumun hərbi müqavimətlə qarşılanacağını vurğulayıb.