Kürdüstan Komala Partiyasına bağlı bir səhifə bildirib ki, avqustun 5-i axşamı Bikünd–Sayin Qala (Bukan–Şahindej) magistralında yerləşən İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) yoxlama məntəqəsi «naməlum silahlı şəxslər» tərəfindən hücuma məruz qalıb.
İddialara görə, hücum nəticəsində Sepah qüvvələri arasında əhəmiyyətli itkilər baş verib; ölənlər və yaralılar Millət Parkı klinikasına aparılıb. Həmçinin bildirilir ki, təhlükəsizlik qüvvələri həmin tibb müəssisəsini ciddi mühafizə tədbirləri altına alıb.
İslam Respublikası rəsmiləri bu hadisə ilə bağlı hələlik hər hansı açıqlama verməyib; itkilərin sayı, hücumçuların kimliyi və hücumun təfərrüatları isə müstəqil mənbələr tərəfindən təsdiq edilməyib.
Bir sıra Azərbaycan siyasi təşkilatları, istər Sepah, istərsə də digər silahlı qruplar olsun, qeyri-azərbaycanlı qruplaşmaların Azərbaycanın tarixi coğrafiyasında həyata keçirdiyi hər hansı silahlı əməliyyatı terror xarakteri daşıyan bir fəaliyyət kimi qiymətləndirib və pisləyib.