Həftədə bir dəfədən az cinsi əlaqədə olan qadınlar, digərlərinə nisbətən erkən ölüm riskiylə daha çox üzləşir. Tədqiqatçılar bu cür bir əlaqəni kişilərdə aşkar edə bilməyiblər.
Bu nəticə ABŞ-da 14 500-dən çox şəxsin məlumatlarının təhlilindən əldə edilib. Statistikalar 2005-2010-cu illər arasında milli sağlamlıq sorğusunda qeydə alınmışdı.
Cinsi əlaqəsi az olan qadınlar, 2015-ci ilin sonuna qədər müntəzəm cinsi həyat keçirən qadınlara nisbətən 1.7 dəfə daha çox həyatını itirdi. Tezlik nə qədər aşağı düşürdüsə, ölüm riski də bir o qədər artırdı.
Tapıntılar göstərir ki, müntəzəm cinsi əlaqə depressiyadan əziyyət çəkən şəxslərdə də erkən ölüm riskini azaldır. Müəlliflərin qeyd etdiyinə görə, bu fəaliyyət ürək döyüntüsünü tənzimləməklə və qan dövranını güclətməklə ürək-damar sağlamlığını dəstəkləyir.