ArazNews
Ana Səhifə / Xəbər / Arıqlama iynələri saç tökülməsi riskini 70 faizə qədər artırır
Xəbər

Arıqlama iynələri saç tökülməsi riskini 70 faizə qədər artırır

Arıqlama iynələri saç tökülməsi riskini 70 faizə qədər artırır

Pensilvaniya Universitetinin yeni araşdırması göstərir ki, Ozempic, Wegovy və Mounjaro kimi geniş yayılmış arıqlama iynələri saç tökülməsi riskini əhəmiyyətli dərəcədə artırır.

Tədqiqatçılar 50 mindən çox tibbi sənədi təhlil edib. Nəticələr onu ortaya qoyub ki, GLP-1 preparatlarından istifadə edənlər DPP-4 dərmanları qəbul edən diabetli xəstələrlə müqayisədə 69 faiz, SGLT-2 istifadəçiləri ilə müqayisədə isə təxminən 37 faiz daha çox saç tökülməsi riskiylə üzləşir. Bu ərazə qadınlarda daha şiddətli qeydə alınıb və adətən müalicənin başlanmasından təxminən bir il sonra özünü göstərir.

Tədqiqatçıların bildirdiyinə görə, kəskin kalori azalması, psixi stress, həmçinin dəmir, sink və biotin çatışmazlığı saçın böyümə tsiklini pozur. Bu iynələrin törətdiyi hormonal dəyişikliklər də mühüm amil hesab edilir. ABŞ Ərzaq və Dərman İdarəsi bu ərazəyə dair daxil olan məlumatları araşdırmaqdadır. Xoşbəxtlikdən bu növ saç tökülməsi qeyri-sikatrisialdir və saçın yenidən çıxması mümkündür.