ArazNews
Ana Səhifə / İran / New York Times: ABŞ İranla toqquşmada onlarla əsgərinin yaralanmasını gizlətdi
İran

New York Times: ABŞ İranla toqquşmada onlarla əsgərinin yaralanmasını gizlətdi

New York Times: ABŞ İranla toqquşmada onlarla əsgərinin yaralanmasını gizlətdi

New York Times qəzeti bir neçə məlumatlı ABŞ-lı məmura istinadən yazıb ki, Pentaqon keçən həftə İranın həyata keçirdiyi hücumlar zamanı onlarla ABŞ əsgərinin yaralanmasını və bir neçə helikopterin zərər görməsini ictimaiyyətə açıqlamamışdır. ABŞ-lı bir hərbi məmur soruşub ki, Pentaqon nə üçün İrana öz hücumlarını daha dəqiq etməyə kömək edəcək məlumatları yaysın.

Başqa bir məmur bildirib ki, ABŞ Mərkəzi Komandanlığı (SENTKOM) — xüsusilə zərər görən şəxslər tez bir zamanda xidmət yerinə qayıdarsa — itki və yaralı sayına dair statistika dərc etmək məcburiyyətində deyil. İslam Respublikası ilə toqquşmaların yeni mərhələsində üç ABŞ hərbçisi həlak olub.