ArazNews
Ana Səhifə / İran / Axios: Tramp İranın infrastrukturunu və nüvə obyektlərini bombalamağı nəzərdən keçirir
İran

Axios: Tramp İranın infrastrukturunu və nüvə obyektlərini bombalamağı nəzərdən keçirir

Axios: Tramp İranın infrastrukturunu və nüvə obyektlərini bombalamağı nəzərdən keçirir

Axios xəbər portalı bildirib ki, ABŞ prezidenti Donald Tramp İslam Respublikasına qarşı geniş miqyaslı əməliyyat seçənəklərini nəzərdən keçirir. Elektrik stansiyalarının və digər İran infrastrukturunun bombalanması, zənginləşdirilmiş uranı daha dərin gömmək məqsədilə nüvə obyektlərinə yeni zərbələrin vurulması və «Kohe Kələng» yeraltı sahəsinin hədəfə alınması masadakı variantlar sırasındadır.

Həmin məlumata görə, Tramp hələ yekun qərar verməyib, lakin İslam Respublikasını Hörmüz boğazını yenidən açmağa və Vaşinqtonun nüvə tələblərini qəbul etməyə məcbur edəcək səviyyədə əməliyyatların genişləndirilməsini istəyir. Əməliyyatların intensivləşdirilməsi barədə əmrin qarşıdakı günlərdə verila biləcəyi bildirilir.