Ukraynaya məxsus hücum pilotsuz uçuş aparatları bu gün səhər Rusiyanın elektron ticarət nəhəngi Wildberries şirkətinin ikinci ən böyük sifariş emal mərkəzini hədəf alıb. Moskvanın ətraf rayonlarında yerləşən həmin obyekt tamamilə alovlara bürünüb, Rusiyanın paytaxtı üzərindəki göy üzünə isə nəhəng tüstü sütunu qalxıb.
Ukrayna son həftələrdə yeni bir strategiya çərçivəsində Rusiyanın strateji və həyati əhəmiyyətli nöqtələrini ölkənin dərinliklərinə qədər kreyt raketləri və hücum pilotsuz uçuş aparatları ilə hədəf almağa çalışır.