ArazNews
Ana Səhifə / İran / Tramp: Müctəba Xamenei razılaşmanı təsdiqləyib
İran

Tramp: Müctəba Xamenei razılaşmanı təsdiqləyib

Tramp: Müctəba Xamenei razılaşmanı təsdiqləyib


Donald Tramp Vaşinqton və Tehran arasında razılaşmanın yekunlaşmaq üzrə olduğunu bildirib və onun sözlərinə görə, Müctəba Xamenei də bu razılaşmanı təsdiqləyib.


Tramp cümə axşamı Ağ Evdə jurnalistlərdən birinin Müctəba Xameneinin razılaşmanı təsdiqləyib-təsdiqləmədiyi barədə sualına cavab olaraq deyib: “Mənim bildiyim qədərilə, cavab bəlidir.”


Tramp İran İslam Respublikasının nüvə silahına sahib olmayacağını vurğulayaraq əlavə edib ki, hazırlanan memorandum çox geniş və ətraflıdır, onun yekunlaşdırılması prosesi isə davam edir.


O həmçinin bildirib ki,Xark adasına qarşı əməliyyat məsələsi artıq gündəmdə deyil və bu plan gündəlikdən çıxarılıb.


Tramp çıxışının digər hissəsində ABŞ ilə İran İslam Respublikası arasında son qarşıdurmalara toxunaraq iddia edib ki, Vaşinqton hərbi baxımdan öz məqsədlərinə çox qısa müddətdə nail olub.


O deyib: “Biz bu müharibəni hərbi baxımdan çox tez qazandıq; uduzduğumuz yeganə şey saxta xəbərlər yayan mediadır.”