CNN-in hesabatı: İranla əlaqəli şəbəkələr Avropada terror əməliyyatları üçün adam toplamağa çalışıb

1 gün əvvəl 1 dəq oxu Editorial Board
CNN-in hesabatı: İranla əlaqəli şəbəkələr Avropada terror əməliyyatları üçün adam toplamağa çalışıb


CNN şəbəkəsinin araşdırma hesabatında bildirilib ki, Avropada yəhudi mərkəzləri və icmalarına qarşı hücumların artdığı bir dövrdə, İran və ona bağlı vekil qruplarla əlaqəli olduğu iddia edilən sosial media hesabları casusluq, sabotaj və hücum əməliyyatları üçün şəxslər cəlb etməyə çalışıb.

özlərini İranın kəşfiyyat qurumları ilə əlaqəli kimi təqdim edən bəzi Telegram kanalları “İsrail maraqlarına zərər vurmaq” məqsədilə qüvvə toplamağa çalışıb. CNN jurnalistləri saxta kimliklə həmin hesablarla əlaqəyə girdikdən sonra, antisrail posterləri yapışdırmaq, həssas məkanların görüntülərini çəkmək və hətta zorakı fəaliyyətlər müqabilində pul vəd edilən mesajlar aldıqlarını bildirib.


CNN vurğulayıb ki, bu hesabların İran dövləti ilə birbaşa əlaqəsini müstəqil şəkildə təsdiqləyə bilməyib. Bununla belə, təhlükəsizlik ekspertləri bu fəaliyyət modelinin Sepah və ona bağlı şəbəkələrin tanınmış üsulları ilə uyğunluq təşkil etdiyini bildirirlər