Guardian: Qalibafın oğlu Avstraliyada kirayə biznesi ilə məşğul olub
“Guardian” qəzetinin yaydığı məlumata görə, Qalibafın oğlu İshaq Qalibaf Avstraliyada yaşadığı dövrdə kirayə əmlakdan gəlir əldə edib və Melburn Universitetində fəaliyyət göstərib.
məlumatlar İshaq Qalibafın Kanadada daimi yaşayış almaq üçün Federal Məhkəməyə təqdim etdiyi sənədlər əsasında ortaya çıxıb.
Sənədlərdə bildirilir ki, o, 2014-cü ildən etibarən Avstraliyada yaşayıb, Melburn Universitetində mühəndislik təhsili alıb və universitetin tədqiqat mərkəzlərindən birində araşdırmaçı köməkçisi kimi çalışıb.
“Guardian” yazır ki, İshaq Qalibaf eyni zamanda Melburnda ən azı bir kirayə əmlakdan aylıq gəlir əldə edib. Hesabatda həmin əmlakın necə alındığı və maliyyə mənbələrinin isə aydın olmadığı vurğulanır.
Qəzetin məlumatına görə, onun Kanadada daimi yaşayış müraciəti iki dəfə rədd edilib və Kanada hökuməti qərarda Qalibaf ailəsinin İran rejimi ilə əlaqələrinə, insan haqları və təhlükəsizlik məsələlərinə istinad edib.