Təkziblər dağıldı; Xark adası ətrafındakı su çirklənməsi təsdiqləndi
İran rejimi rəsmilərinin Xark adası ətrafındakı su çirklənməsi ilə bağlı bir neçə təkzibindən sonra İran Ətraf Mühitin Mühafizəsi Təşkilatı nəhayət çirklənmənin baş verdiyini təsdiqləyib.
təşkilatın yaydığı açıqlamada çirklənmənin səbəbi kimi “bir neft tankerindən ballast suyunun sızması”göstərilib. Ballast suyu tanker və iri gəmilərin tarazlığını qorumaq üçün xüsusi çənlərdə saxladıqları sudur və onun sızması dəniz ekosistemi üçün ciddi təhlükə yarada bilər.
Bu rəsmi təsdiq bundan əvvəl İranın Neft Terminalları Şirkətinin rəhbərinin Xark bölgəsində hər hansı çirklənməni tamamilə inkar etməsindən sonra yayılıb. Həmin rəsmilər mediada yayılan məlumatları“yanlış” adlandırmışdı.
İran ən mühüm neft ixrac terminalı sayılan Xark adası ölkənin enerji ixracında strateji rol oynayır və ətraf sularda baş verən hər hansı ekoloji çirklənmə Körfəzin ekosistemi və bölgənin dəniz fəaliyyətləri üçün geniş nəticələr doğura bilər.