Trump 13 mayda Çinə səfər edəcək

1 gün əvvəl 1 dəq oxu Editorial Board
Trump 13 mayda Çinə səfər edəcək


Çin Xarici İşlər Nazirliyi Donald Trumpın Xi Jinpingin dəvəti ilə 13–15 may tarixlərində Pekinə səfər edəcəyini açıqlayıb.


Pekinin rəsmi açıqlaması ilə bundan əvvəl ABŞ rəsmiləri tərəfindən gündəmə gətirilən səfər təsdiqlənmiş olub. ABŞ prezidentinin Çinə son səfəri 2017-ci ildə, Trumpın ilk prezidentlik dövründə baş tutmuşdu.


Bu səfər Vaşinqton və Pekin arasında ticarət, texnologiya və geosiyasi məsələlər üzrə rəqabət və gərginliyin davam etdiyi bir dövrdə keçirilir. Eyni zamanda İran və İsrail arasındakı qarşıdurma da tərəflər arasındakı əsas müzakirə mövzularından birinə çevrilib.


Məlumatlara əsasən, Trump və Xi Jinping görüş zamanı iqtisadi və ticarət məsələləri ilə yanaşı Tayvan mövzusu və ABŞ-ın bu adaya geniş silah satışını da müzakirə edəcəklər.


Bu səfərin əvvəlcə 31 mart–2 aprel tarixlərində keçirilməsi planlaşdırılmışdı, lakin bölgədəki hadisələr və ABŞ administrasiyasının İranla bağlı gərginliyə fokuslanması səbəbilə təxirə salınmışdı.