İran rejimi daha bir gənci edam etdi: İrfan Şəkurzadə “casusluq” ittihamı ilə edam olundu

1 gün əvvəl 1 dəq oxu Editorial Board
İran rejimi daha bir gənci edam etdi: İrfan Şəkurzadə “casusluq” ittihamı ilə edam olundu


İranın məhkəmə sistemi İrfan Şəkurzadənin ABŞ və İsraillə məlumat əməkdaşlığı ittihamı ilə edam edildiyini açıqlayıb.

İran məhkəmə sisteminə bağlı Mizan agentliyi İrfan Şəkurzadəni “CIA və Mossadın ortaq casusu” adlandırıb və onun peyk sahəsində fəaliyyət göstərən elmi mərkəzlərdən birində çalışdığını iddia edib.


İran rejiminin iddiasına əsasən, Şəkurzadə həmin mərkəzdə işlədiyi müddətdə ABŞ və İsrail kəşfiyyat qurumları ilə əlaqə quraraq onlara məxfi məlumatlar ötürüb.


İran son illərdə siyasi, təhlükəsizlik və ideoloji ittihamlarla saxlanılan şəxsləri “casusluq” və ya “milli təhlükəsizliyə qarşı fəaliyyət” kimi ittihamlarla dəfələrlə edam edib. Bu proses isə beynəlxalq insan haqları təşkilətlərinin ciddi tənqidi ilə qarşılanır.


Beynəlxalq qurumlar İran rejimini dünyada edam cəzasını ən çox tətbiq edən ölkələrdən biri hesab edir və bildirirlər ki, bu hökmlərin çoxu qeyri-şəffaf proseslər, ədalətsiz məhkəmələr və təhlükəsizlik təzyiqləri şəraitində çıxarılır.