Ukraynanın İrpin şəhər şurası İlham Əliyevi fəxri vətəndaş elan etdi

1 saat əvvəl 1 dəq oxu Editorial Board
 Ukraynanın İrpin şəhər şurası İlham Əliyevi fəxri vətəndaş elan etdi


Ukraynanın İrpin şəhər şurası Azərbaycan prezidentini bu şəhərə göstərilən geniş dəstəyə görə fəxri vətəndaş seçib.


ArazNews-un Report-a istinadən verdiyi məlumata görə, İrpin şəhər merinin müavini Anjela Makeyeva bildirib ki, bu qərar Azərbaycanın şəhərə davamlı yardımlarından sonra qəbul edilib.


Ukraynada müharibə başladıqdan sonra Əliyevin göstərişi ilə bu ölkəyə çoxsaylı humanitar yardımlar göndərilib. Bu çərçivədə İrpində bir lisey və şəhər poliklinikası Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə bərpa olunub. İndiyədək Ukraynaya 11 enerji yardımı paketi çatdırılıb və müharibədən zərər çəkmiş bölgələrdən 500-dən çox uşaq reabilitasiya üçün Azərbaycana aparılıb.