İtaliya İsraillə müdafiə sazişini dayandırdı

3 saat əvvəl 1 dəq oxu Editorial Board
 İtaliya İsraillə müdafiə sazişini dayandırdı


ArazNews-un Times of Israel-ə istinadən verdiyi məlumata görə, İtaliyanın baş naziri Corcia Meloni ölkəsinin İsraillə müdafiə sazişinin avtomatik uzadılmasını dayandırmaq qərarı verdiyini açıqlayıb.


O bildirib ki, bu qərar “mövcud şərait nəzərə alınaraq” qəbul edilib. Qərar İtaliyada son aylarda hökumətin müharibə ilə bağlı mövqeyinə qarşı artan ictimai təzyiqlər və etirazlar fonunda verilib.


Meloni daha əvvəl BMT-də çıxışında Avropa İttifaqının İsrailə qarşı bəzi sanksiyalarını dəstəkləyəcəyini demiş və Qəzzada baş verənləri “humanitar meyarların pozulması” kimi qiymətləndirmişdi.


Həmçinin bildirilir ki, ABŞ və İsrailin İrana qarşı müharibəsi zamanı İtaliya bəzi ABŞ hərbi təyyarələrinin Siqonella bazasına enməsinə icazə verməyib.