İran məhkəmə sistemi təhlükəsizlik işlərinə fərqli yanaşma tətbiq edəcək

6 saat əvvəl 1 dəq oxu Editorial Board
İran məhkəmə sistemi təhlükəsizlik işlərinə fərqli yanaşma tətbiq edəcək


İranın məhkəmə hakimiyyətinin rəhbəri Qulam Hüseyn Möhsüni Ejei təhlükəsizlik işlərinə fərqli yanaşmanın tətbiq olunacağını açıqlayıb.


ArazNews-un məlumatına görə, SEPAH-a yaxın Fars agentliyinə istinadən Ejei bildirib ki, “casuslar və xain ünsürlər”lə bağlı işlər hazırda “müharibə şəraiti” qaydalarına uyğun şəkildə araşdırılır.


O vurğulayıb ki, məhkəmə sistemi bu şəxslərlə bağlı “tamamilə müharibə düzənində” fəaliyyət göstərir və bu yanaşma mövcud vəziyyətə uyğun hesab olunur.


Ejeinin sözlərinə görə, “düşmənlə əməkdaşlıq edən” şəxslərlə bağlı işlər növbəti bildirişə qədər adi hüquqi qaydalarla deyil, müharibə dövrünün prinsiplərinə əsasən aparılacaq.


Bu arada, hüquq müdafiə təşkilatları belə şəraitdə həbslərin və ağır hökmlərin, o cümlədən edamların artması riskinə dair xəbərdarlıq edir və bunun ədalətli məhkəmə prinsipləri ilə ziddiyyət təşkil edə biləcəyini bildirir.