Tramp İranı dəniz mühasirəsi ilə hədələdi

3 saat əvvəl 1 dəq oxu Editorial Board
 Tramp İranı dəniz mühasirəsi ilə hədələdi


ABŞ prezidenti Donald Tramp İranla danışıqların nəticəsiz başa çatmasından sonra dəniz təzyiqi variantını gündəmə gətirib.


ArazNews-un məlumatına görə, Tramp “Truth Social” platformasında İranla bağlı dəniz mühasirəsi ehtimalını müzakirə edən bir məqaləni yenidən paylaşıb. Həmin yazıda qeyd olunur ki, Tehran ABŞ-ın şərtlərini qəbul etməzsə, Vaşinqton dəniz mühasirəsi tətbiq etməklə İran iqtisadiyyatına ciddi təzyiq göstərə bilər.


Məqalədə həmçinin bu addımın İran neftindən asılı olan Çin və Hindistan kimi ölkələrə də təsir edə biləcəyi vurğulanır.


Bildirilir ki, bu yanaşma Trampın əvvəlki siyasətlərinin davamı kimi qiymətləndirilir və oxşar metodlar daha əvvəl Venesuelaya qarşı da tətbiq olunub.


Trampın bu paylaşımı İran və ABŞ arasında danışıqların razılaşma olmadan başa çatdığı və regionda gərginliyin davam etdiyi bir vaxta təsadüf edir.