ABŞ-ın yüksək səviyyəli heyəti İslamabada daxil olub

1 saat əvvəl 1 dəq oxu Editorial Board
ABŞ-ın yüksək səviyyəli heyəti İslamabada daxil olub


Pakistanın xarici işlər naziri İshaq Dar ABŞ-ın yüksək səviyyəli nümayəndə heyətinin danışıqlar üçün İslamabada gəldiyini açıqlayıb.


ArazNews-un məlumatına görə, Dar X sosial şəbəkəsində bildirib ki, bu heyətə ABŞ-ın vitse-prezidenti Cey Di Vens rəhbərlik edir və heyətin tərkibində Stiv Vitkoff və Cared Kuşner də yer alır. Nümayəndə heyəti Pakistanın yüksək səviyyəli rəsmiləri, o cümlədən Darın özü, ordu komandanı və daxili işlər naziri tərəfindən qarşılanıb.