Times: İranın yeni liderinin səhhəti kritik vəziyyətdədir

1 saat əvvəl 1 dəq oxu Editorial Board
Times: İranın yeni liderinin səhhəti kritik vəziyyətdədir


Britaniyanın The Times qəzeti kəşfiyyat mənbələrinə istinadən iddia edib ki, İranın yeni lideri Müctəba Xamenei ağır fiziki vəziyyətdədir.


Araz News-un məlumatına görə, qəzet diplomatik kəşfiyyat qeydinə əsaslanaraq yazıb ki, Əli Xameneinin öldürülməsindən sonra rəhbərliyə gələn Müctəba Xamenei ölkəni idarə edəcək durumda deyil.


Məlumata əsasən, Qərb kəşfiyyat mənbələri onun huşsuz vəziyyətdə olduğunu və Qum şəhərində gücləndirilmiş təhlükəsizlik tədbirləri altında saxlanıldığını iddia edir.


Hesabatda bu vəziyyətin 28 fevral 2026-cı ildə ABŞ və İsrailin birgə hava hücumu ilə əlaqələndirildiyi də qeyd olunur.