Türk Dövlətləri Bakıda əməkdaşlıq və regional təhlükəsizliyi gücləndirməyi vurğuladı

6 saat əvvəl 1 dəq oxu Editorial Board
 Türk Dövlətləri Bakıda əməkdaşlıq və regional təhlükəsizliyi gücləndirməyi vurğuladı


Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət rəhbərləri və vitse-prezidentlərinin ikinci toplantısının sonunda birgə bəyanat qəbul olunub.


ArazNews xəbər verir ki, 2 aprel 2026 tarixində keçirilən toplantının yekun sənədində iştirakçılar Naxçıvan Sazişi və təşkilatın əsas sənədlərinə sadiqliklərini vurğulayaraq siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd ediblər.


Bəyanatda bu əməkdaşlığın regionda və daha geniş miqyasda sülh, sabitlik və dayanıqlı inkişafın gücləndirilməsinə töhfə verdiyi bildirilib.


Sənəddə həmçinin iqtisadi əlaqələrin inkişafı, investisiyaların artırılması, enerji, yaşıl texnologiyalar, nəqliyyat, süni intellekt və ərzaq təhlükəsizliyi sahələrində əməkdaşlığın genişləndirilməsi əsas prioritetlər kimi göstərilib. Transxəzər dəhlizinin əhəmiyyəti və enerji mənbələrinin şaxələndirilməsi də xüsusi vurğulanıb.